• Qərb
  • 19 May 20:16
  •  1 379

Fransada fermerlər bir neçə avtomobil yolunu bağlayıb

Fermerlər Fransanın şimalında əsas magistral yolları bağladı və Milli Assambleyanın (parlamentin aşağı palatası) üzvlərindən sektor işçiləri üçün vacib olan müddəaları “kənd təsərrüfatında məhdudiyyətlərin aradan qaldırılması” haqqında qanun layihəsindən çıxarmamağı tələb etdi.

Bu barədə "actu.fr" internet portalı məlumat yayıb.

"Biz parlament üzvlərinə kənd təsərrüfatımızın davamlılığını təmin etmək üçün ən vacib rıçaq olan Duplomb-Menonville qanununu ləğv etməyə icazə verə bilmərik" deyə Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının departamentli federasiyasından (FDSEA) bildirilib.

Qeyd olunur ki, A-1, A-2, A-25 avtomobil yolları, eləcə də Avesnes-sur-Helpedəki ikinci dövlət yolu hər iki istiqamətdə bağlıdır. Ümumilikdə 130-dan çox traktor və 170-dən çox nümayişçi magistral yol zolaqlarını zəbt edib. Müvafiq yerlərdə dolama yolları təşkil olunub.

Mövsüm

Aznews.az