• Qərb
  • 19 May 20:19
  •  966

Fransada taksi sürücüləri etiraz aksiyası keçirib

Fransanın müxtəlif şəhərlərində taksi sürücüləri hökumətin “tibbi daşımaların” tənzimlənməsinə dair qərarına etiraz ediblər.

Ölkənin taksi ittifaqlarının çağırışı ilə taksi sürücüləri paytaxt Paris də daxil olmaqla ölkənin böyük şəhərlərində etiraz aksiyaları keçiriblər.

Bu yeni qərarla oktyabrın 1-dən etibarən xəstələrin daşınmasını təmin edən taksi sürücülərinə hər vilayətdə müəyyən edilən tarifə uyğun başlanğıc haqqı veriləcək və ödənişlər kilometrə görə ediləcək.

Taksi sürücüləri də nəqliyyat xidmətləri təklif edən müxtəlif platformalara “haqsız rəqabət” yaratdığını iddia edərək reaksiya veriblər.

Parisdə etirazçılar Nəqliyyat Nazirliyinin yaxınlığında toplaşaraq avtomobillərin təkərlərini yandırıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb.

Nümayişçilərin nazirliyə yaxınlaşmasına icazə verməyən polis bibər qazı ilə müdaxilə edib.

Mövsüm

Aznews.az