• Qərb
  • 29 May 14:27
  •  2 088

Orban: Brüssel Avropanı Rusiya ilə münaqişəyə hazırlayır

Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərliyi öz planlarında əsas rolu Ukraynaya həvalə edərkən, Avropanı Rusiya ilə münaqişəyə hazırlayır.

Bu barədə Budapeştdə Mühafizəkar Siyasi Fəaliyyət üzrə Beynəlxalq Konfransda çıxış edən Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Siyasətçinin sözlərinə görə, Brüssel artıq Rusiya ilə qarşıdurmanın aparılacağı fəaliyyət planı hazırlayıb.

"Bu liberal planın açarı Ukraynadır. Ukraynanın tələsik Aİ-yə qəbulu Avropanın yenidən təşkilindən və iqtisadiyyatının militarizasiyasından əvvəl olacaq", - Orban qeyd edib.

Mövsüm

Aznews.az