- Qərb
- 29 May 14:38
- 1 711
ABŞ F-35 qırıcılarının pilotsuz versiyasını hazırlamaq planlarını açıqlayıb

Amerikanın hərbi şirkəti "Lockheed Martin" F-35 qırıcısının yeni pilotsuz versiyasını hazırlamaq niyyətindədir.
Bu barədə "Defence One" portalı məlumat yayıb.
“Lockheed Martin-in baş direktoru James Teklet-in sözlərinə görə, şirkət F-35-in pilotsuz uça bilən versiyasını hazırlamağı planlaşdırır”, - məqalədə deyilir.
Nəşrin qeyd edib ki, gizliliyi təmin etmək üçün örtüyü təkmilləşdirmək, mühərrik ucluqlarını yenidən dizayn etmək, görünüşü dəyişdirmək və yeni elektron müharibə imkanlarına nail olmaq yolu ilə təyyarənin təkmilləşdirilməsi də planlaşdırılır.
Mövsüm
Aznews.az