- Qərb
- 29 May 14:43
- 1 771
Ağ Ev tarif məhkəməsinin qərarını tənqid edib

ABŞ administrasiyası Beynəlxalq Ticarət üzrə Federal Məhkəmənin ABŞ prezidenti Donald Trampın yeni idxal rüsumlarının tətbiqi ilə bağlı qərarının icrasını əngəlləyən qərarı ilə razılaşmadığını bildirib.
Bu barədə “The Hill” qəzeti Ağ Evin bəyanatına istinadən məlumat yayıb.
Administrasiyanın sözçüsü Kuş Desai, ABŞ iqtisadiyyatının rəsmilərin fövqəladə hal kimi qiymətləndirdiyi "tarixi və davamlı ticarət kəsiri" ilə üzləşdiyini söylədi. Onun sözlərinə görə, “ölkədəki fövqəladə vəziyyətlə necə davranmaq qərarına seçilməyən hakimlər düşmür”.
Ağ Ev qərardan apellyasiya məhkəməsinə şikayət vermək niyyətində olduğunu da vurğulayıb.
Mövsüm
Aznews.az