• Qərb
  • 29 May 14:49
  •  1 666

İsveçrə Almaniyaya Ukraynaya silah reeksportunun nəticələri barədə xəbərdarlıq edib

Almaniyanın RUAG şirkətinə satılan “Leopard” tankları Ukrayna tərəfinə göndərilərsə, İsveçrə tədbir görəcək.

Bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndəsi Fransuaza Şanz məlumat verib.

O qeyd edib ki, Ukrayna və Rusiyaya İsveçrə silahlarının tədarükünə qoyulan embarqo qüvvədə qalır və razılaşmanın pozulması bir il müddətinə azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılır.

"RUAG və onun alman müqavilə tərəfdaşının bu embarqonu pozmaq niyyətində olduğuna dair heç bir əlamətimiz yoxdur. Gələcəkdə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bu istiqamətdə məlumat alarsa, müvafiq tədbirlər görəcək", - deyə Şanz bildirib.

Mövsüm

Aznews.az