• Qərb
  • 30 May 14:04
  •  1 513

Kiyev Rusiya ilə yeni danışıqlara hazır olduğunu bəyan edib

Ukrayna nümayəndə heyəti memorandum təqdim olunmaq şərti ilə münaqişənin həlli ilə bağlı Rusiya ilə növbəti görüşü keçirməyə hazırdır.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

"Ukrayna növbəti görüşdə iştirak etməyə hazırdır, lakin biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu o deməkdir ki, Rusiya layihəsinin alınması vacibdir", - onun sözləri prezident aparatının saytında sitat gətirilib.

Ermak qeyd edib ki, sənədlərin hazırlanması və göndərilməsi üçün dörd gün kifayətdir. Həmçinin vurğulanır ki, danışıqları davam etdirmək üçün Ukrayna danışıqlar başlamazdan əvvəl Rusiyadan memorandum almalı, həmçinin Rusiya nümayəndə heyətinin tərkibini bilməlidir.

Mövsüm

Aznews.az