- Qərb
- 3 İyun 16:30
- 2 231
Ağ Ev: Tramp Türkiyədə Rusiya və Ukrayna liderləri ilə görüşə açıqdır

Karolin Leavitt İstanbulda Rusiya-Ukrayna danışıqlarını dəyərləndirib.
Leavitt sualına "Prezident Rəcəb Tayyib Ərdoğan deyir ki, prezident Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin İstanbulda bir araya gəlməsinin vaxtı çatıb. Tramp bunu dəstəkləyəcəkmi və bu, onun razılaşacağı bir şey olacaqmı?"
Leavitt deyib:
Prezident bu baş verərsə, buna açıq olduğunu söylədi, lakin o, hər iki liderin və hər iki tərəfin masaya gəlməsini istəyir. Biz bunu prezident Trampın təkidi ilə bu gün gördük, lakin onun bu danışıqlar və orada baş verənlər haqqında nə düşündüyünü qərar verməyi prezidentin öhdəsinə buraxacağam.
Mövsüm
Aznews.az