- Qərb
- 4 İyun 20:18
- 1 572
Bundestaq deputatı “Fələstin” köynəyinə görə iclası tərk edib

CDU Bundestaq sədri Julia Klöckner, sol partiyadan deputat Cansin Köktürkün üzərində "Fələstin" yazısı olan köynək üzündən iclasdan uzaqlaşdırılması üçün parlament iclasını yarımçıq dayandırıb.
Bu barədə Almaniyanın "Tagesspiegel" qəzeti məlumat yayıb.
"Bir şərh vermək istərdim. Biz razılaşdıq və bu, Bundestaqın açıq qaydalarıdır ki, parlament üzvlərinin üzərində heç bir stiker və ya köynəklərdə hər hansı başqa yazı olmamalıdır. Mən parlament üzvü Frau Köktürkdən paltarını dəyişməsini xahiş etdim", - Klöckner deyib.
Köktürk bundan imtina edərək oturduğu yerdən ayağa qalxaraq iclası tərk edib. Sol Partiyanın digər deputatları da onun ardınca gediblər.
Mövsüm
Aznews.az