Fransa Milli Mitinq partiyasının qərargahında axtarışlar aparılıb

Fransa Milli Mitinq partiyasının qərargahında axtarışlar aparılıb.

Bu barədə fraksiya rəhbəri Cordan Bardella məlumat verib.

“Saat 08:50-dən Milli İttifaqın qərargahında, o cümlədən rəhbərlərinin ofislərində axtarış aparılıb, axtarışı Maliyyə Briqadasının 20-yə yaxın silahlı polis əməkdaşı gülləkeçirməz jiletlərdə, iki müstəntiq hakiminin müşayiəti ilə həyata keçirib”, – o, sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, axtarışlar zamanı elektron məktublar, sənədlər, mühasibat hesabatları götürülüb. Eyni zamanda, müvafiq tədbirlərin təşkili ilə bağlı yaranan iddiaların hələlik məlum olmadığını vurğulayıb

Mövsüm

Aznews.az