• Qərb
  • 6 Mart 19:41
  •  2 966

NATO Avropada raketdən müdafiə sistemlərinin hazırlıq səviyyəsini artırıb

​Yaxın Şərqdəki böhran fonunda Şimali Atlantika Alyansı Avropadakı raketdən müdafiə (RM) sisteminin hazırlıq səviyyəsini yüksəldib.

Bu barədə alyansın Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone məlumat verib.

​"Təhlükəsizlik sahəsində dəyişən vəziyyətə cavab olaraq, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) alyansın raketdən müdafiə sisteminin hazırlıq səviyyəsini artırıb", — deyə o, "X" (keçmiş "Twitter") sosial şəbəkəsində bildirib.

​Draqone əlavə edib ki, bu tədbir NATO-nun yaranan təhdidlərə operativ, qətiyyətli və kollektiv şəkildə reaksiya vermək imkanlarını vurğulayır.

Mövsüm,

AzNews.az