- Qərb
- 10:00
- 2 537
Rusiya İrana kəşfiyyat məlumatı verir? – ABŞ-nin müdafiə nazirindən reaksiya
Rusiyanın ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin hərəkəti barədə İrana kəşfiyyat məlumatları ötürdüyü iddia edilib.
ABŞ-nin müdafiə naziri Pit Heqset "CBS" yayım şirkətinə gündəmlə bağlı verdiyi açıqlamalarda bu məsələyə də toxunub.
"Yolverilməz olan hər bir vəziyyətin qarşısı alınır"
Rusiyanın ABŞ qüvvələrinin hərəkəti barədə İrana kəşfiyyat məlumatı verməsi ilə bağlı iddialardan danışan Heqset: "Amerika xalqı əmin ola bilər ki, onların baş komandanı (Donald Tramp) kimin kiminlə danışdığından tamamilə xəbərdardır", — deyə bildirib.
ABŞ-nin bütün ssenarilərə qarşı hazırlıqlı olduğunu deyən Heqset: "İstər ictimaiyyətə açıq şəkildə, istərsə də məxfi kanallar vasitəsilə olsun; yolverilməz olan hər bir vəziyyətə müdaxilə edilir və onlara qarşı çox güclü müqavimət göstərilir", — deyə qeyd edib.
Mövsüm,
AzNews.az