- Qərb
- 15:29
- 1 583
Orban Aİ-ni Rusiya enerjisinə qarşı sanksiyaları dayandırmağa çağırdı
Avropa İttifaqı (AB) Rusiyanın enerji sektoruna qarşı bütün sanksiyaları nəzərdən keçirməli və dayandırmalıdır.
Macarıstanın Baş naziri Viktor Orban bu barədə qeyd edib.
O, Facebook səhifəsində yayımladığı videomüraciətdə bildirib ki, "Biz bütün Avropa üzrə Rusiyanın enerji sektoruna tətbiq edilən bütün sanksiyaları nəzərdən keçirməli və dayandırmalıyıq".
Orbanın sözlərinə görə, o, artıq Brüsseldə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenə məktub göndərərək, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi səbəbindən neft və qaz qiymətlərinin kəskin şəkildə artması təhlükəsi fonunda təşəbbüsdən imtina etməyə çağırıb
Mövsüm,
AzNews.az