- Qərb
- 16:20
- 2 018
Latviya 10 Rusiya internet resursunu blokladığını bildirib
Latviyanın Milli Elektron Kütləvi Media Şurası (NEPLP) 10 Rusiya internet resursuna girişi məhdudlaşdırmaq qərarına gəlib.
Şuranın veb saytında deyilir ki, "NEPLP aşağıdakı hallarda veb sayta girişi məhdudlaşdırmaq üçün prosedurlar aparmaq səlahiyyətinə malikdir: televiziya proqramları Latviyada NEPLP tərəfindən verilən təkrar yayım icazəsi olmadan yayılırsa; milli təhlükəsizliyə və ya ictimai asayişə və təhlükəsizliyə təhdid yaradan və ya təhdid edə biləcək məzmun yayılırsa " .
Məhdudiyyətlər Ozon bazarına, eləcə də Vologda Regional Universal Elmi Kitabxanasının, Rusiya "Bilik" Cəmiyyətinin, Lipetsk qəzetinin "Dobrinskie Vesti"sinin, "Runiversalis" onlayn ensiklopediyasının, "Buryad Unen" nəşriyyatının və "Yauza" kitab nəşriyyatının veb saytlarına təsir göstərib.
Mövsüm,
AzNews.az