- Qərb
- 14:14
- 1 016
Kallas: Hörmüzü açıq saxlamaq üçün diplomatiyaya ehtiyac var
İran müharibəsi ilə əlaqəli gərginlik fonunda Hörmüz boğazını açıq saxlamaq üçün diplomatik səylərə ehtiyac var.
Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Kaja Kallas Reuters agentliyinə verdiyi müsahibəsində bildirib.
Kallas xəbərdarlıq edib ki, əsas gəmiçilik marşrutunda hər hansı bir pozuntu enerji, ərzaq və gübrə təchizatında qlobal böhranlara səbəb ola bilər.
"Heç kim Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil. Ərzaq, gübrə və enerji böhranlarının yaşanmaması üçün bunu açıq saxlamaq üçün diplomatik yollar tapmalıyıq", - deyə o bildirib.
Mövsüm,
AzNews.az