ABŞ senatı "İranla müharibəyə davam" dedi

ABŞ Senatı Donald Trampın İrana qarşı müharibə səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən qətnaməni rədd edib.

Bu barədə “Politico” nəşri məlumat verir.

Demokrat Partiyasının dəstəklədiyi təşəbbüs 3-cü dəfədir ki, uğursuzluğa düçar olur. Ən son səsvermədə 47 senator qətnaməni dəstəkləyib, 53-ü isə əleyhinə çıxıb.

Qətnamədə prezidentdən ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmağı tələb olunurdu. İstisnalara yalnız iki halda – rəsmi müharibə elanı və Konqresin razılığı zamanı icazə verilib.

AzNews.az