"İranın ballistik raket hücumları 90% azalıb"

Birinci gündən etibarən ABŞ-ın imkanları artarkən, İranın imkanları zəifləyir, onun Hava Hücumundan Müdafiə sistemi məhv edilib, müdafiə sənayesi və raket-dron proqramlarını təmin edən istehsal xətləri tamam dağıdılıb.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Nazir bildirib ki, ABŞ ordusu artıq yüzlərlə müdafiə sənayesi obyektini birbaşa vurub, İranın yeni ballistik raketlər istehsal etmək qabiliyyətinə ən sərt zərbə endirilib.

“Müharibənin başlanğıcından bəri İranın qüvvələrimizə qarşı ballistik raket hücumları 90% azalıb, eyni vəziyyət bir dəfəlik hücum dronları – kamikadze dronları üçün də keçərlidir”, - o bildirib.