• Qərb
  • 19 Mart 17:32
  •  5 024

ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər

ABŞ yaxın vaxtlarda dənizdə tankerlərdə olan İran neftinə qarşı sanksiyaları ləğv edə bilər.

Bunu ABŞ-ın xəzinədarlıq naziri Skott Bessent “Fox Business”ə müsahibəsində deyib.

Bessent qiymətləri aşağı saxlamaq üçün istifadə edilə biləcək təxminən 140 milyon barel İran neftinin dənizdə tankerlərdə olduğunu bildirib.