Amerikalı aktyor Çak Norris xəstəxanaya yerləşdirilib

Amerikalı aktyor Çak Norris Havay ştatında xəstəxanaya yerləşdirilib.

Bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.

Aznews.az xəbər verir ki, Məlumata görə, aktyor Kauai adasında xəstəxanaya aparılıb.

Qeyd olunur ki, Norris martın 10-da 86 yaşını qeyd edib.

Aktyorun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır.

Çak Norris bir sıra kino və televiziya mükafatlarının laureatıdır və 1989-cu ildə Hollivudun “Şöhrət xiyabanı”nda ulduzla təltif olunub.