Starmer İrana qarşı müharibənin təsirini müzakirə edəcək: fövqəladə iclas çağırıldı

Böyük Britaniyanın baş naziri Keyr Starmer bildirib ki, İran müharibəsinin təsirlərini qiymətləndirmək üçün çərşənbə axşamı fövqəladə “Cobra” komitəsinin iclasına sədrlik edəcək.

Starmer çıxışında qeyd edib ki, bu iclasa İngiltərə Bankı nümayəndələri də cəlb olunacaq və əsas məqsəd böhranın iqtisadi təsirlərini müzakirə etməkdir.

O vurğulayıb ki, hökumət bu çətin dövrdə işləyən insanları dəstəkləmək üçün tədbirlər görəcək:
“Əmin ola bilərsiniz ki, bu böhranda işləyən insanların yanında olacağıq.”

Məlumata görə, müharibə xüsusilə enerji qiymətlərinə və yaşayış xərclərinə ciddi təsir göstərir və bu təsirlərin bir müddət davam edə biləcəyi gözlənilir.

Mövsüm,

AzNews.az