Sən demə, Əli Kərimli özü AXCP-də trol fabriki açıbmış Sən demə, Əli Kərimli özü AXCP-də trol fabriki açıbmış
  • Yazarlar
  • 9 Sentyabr 2019 16:18
  •  3 729

Əli Kərimlinin “trollizm” siyasətini öz tərəfdaşları ifşa edir

Sən demə, Əli Kərimli özü AXCP-də trol fabriki açıbmış

Xatırlayırsınızsa, trol termini ortalığa atılanda, yəni Azərbaycanda populyarlaşmağa başlayanda Əli Kərimli və onun salxaq inqubatorundan çıxanlar çox canfəşanlıq etdilər. Ki, guya Azərbaycan hakimiyyəti onların üstünə trol ordusu salıb, gözlərini açmağa, hətta düşünməyə belə macal vermir. Min cür oyunbazlıqla hər dəfə bu məsələni gündəmə gətirməyə çalışdılar. Özü də elə tərzdə ki, guya bunlar nəinki trolluq edir, heç bu sözün mənasını da bilmirlər...

Sən demə, Əli Kərimli özü AXCP-də trol fabriki açıbmış. Yolunu azıb partiyaya gələnləri inqubatora salıb çıxarandan sonra üzvlüyə götürür. Özü də hər kəsin qarşısında bir şərt qoyur – “MƏNİ TƏNQİD EDƏNİ SÖY!”. Özü isə Osmanqızının yeknəsək yayımında söyüşün, təhqirin qəbuledilməz olduğunu dəfələrlə təkrarlayır və hakimiyyəti bu kimi nalayiq hərəkətlər edən trolluqda ittiham edir.

Atalar yaxşı deyib: yalanın ömrü 40 gün çəkər. Təbii ki, söhbət birçeşidli yalandan gedir. Əli Kərimlinin isə yalanları çoxçeşidli olduğu üçün heç bir gün də çəkmir.

İsmayıl Cəlilov – tanımayanlar üçün deyim ki, ANS-də DJ-lik edib, vaxtilə, elə bu günlərə kimi Əli Kərimlini, onun siyasi cızmaqarasını təstəkləyənlərdən olub. Hazırda isə Amerikada mühacirətdədir. Adamın orada hansı oyunlardan çıxması öz işidir, haqqında danışmaq fikrim də yoxdur. Sadəcə olaraq, onun bir hərəkəti AXCP və başbiləni Əli Kərimlinin trolluq fəaliyyətini növbəti dəfə İFŞA edib. Belə ki, keçmiş AXCP tərəfdarı İ.Cəlilov bu yaxınlarda öz efirində Əli Kərimlini bir balaca tənqid edən fikirlərə yer verib. Bundan dərhal sonra Ə.Kərimlinin trol dəstəsi adamın sosial şəbəkədəki səhifələrini söyüş atəşinə tutub, varını, yoxunu, bütün dəyərlərini təhqir edib. Adam da yaydığı videomüraciətlə Əli Kərimli və dəstəsini ifşa edən fikirlər səsləndirib:

“Adi bir tənqidə bu qədər söyüşlə cavab verən qrupa nə ad vermək olar?! Siz hakimiyyətə gəlsəniz, nə kimi cəmiyyət quracaqsınız, hələ müxalifətdəsiniz, gör, tərəfdarlarınız nə edirlər, siz iqtidara gələndə jurnalistlərin, müstəqil medianın başına nə oyun açacaqsınız?! Budur sizin Azərbaycanın gələcəyi vizionunuz? Sevinc Osmanqızının 1 saat yarımlıq yayımını izlədim. Əli Kərimli, sənin orada gələcək platforman haqqında bir cümlə belə eşitmədim. Mən artıq sizi müstəqil, bitərəf medianın dostu saymıram. Budurmu sizin qurmaq istədiyiniz gələcək? Bu deyilsə, onda sizin tərəfdarlarınız necə belə yanılıb, alçaq-alçaq hərəkətlər edirlər. Mən inanmırdım ki, müxalifət məni belə alçaq hərəkətlə vuracaq. Utanmırsız? Demirsiniz ki, sizə simpatiya ilə, pozitiv münasibətlə, rəğbətlə yanaşan bir adamı özünüzə qarşı yönəldirsiz? İstədiyiniz bu idisə, oldu. Sizin tərəfdarlarınız özünə çoban axtaran bir sürüdür. Bəyəm, Əli Kərimli peyğəmbər zaddı, bəlkə mən bilmirəm, onu tənqid etmək olmaz? 4 min nəfərlik izləyicisi olan müstəqil bir media qurumundan qorxusunuz? Budur sizin azad, demokratik ideyalar? Tüpürələr belə ideyalara!...”.

Bəli, bu, ilk deyil, heç tək də deyil. Əli Kərimlidən, onun yolçusu olduğu yoldan ayrılan neçə “dostu”, neçə siyasətçi həmkarı, neçə tərəfdaşı var? Onları saymağa gərək varmı? Məncə yox, bu barədə elə özləri mətbuatda dəfələrlə çıxış ediblər...

Xaricdə oturub ağzını göyə açanlardan biri də Nahid Cəfərov adlı keçmiş diplomatdır. Bu günlərdə o da Əli Kərimlini ölkədəki baş trol adlandırdı. Hətta onun Cəmil Həsənli kimi tarixçini, Arif Məmmədov kimi diplomatı da trola çevirdiyini dedi. Bunu da onunla izah etdi ki, trolluq təkcə saxta profil açıb onu-bunu söyməklə və ya tərəfini saxlamaqla məşğul olmaq demək deyil. Trolluq bir mərkəzdən idarə olunan dəstənin ümumi fəaliyyətidir. Yəni Cəmil Həsənli Əli Kərimli deyəni deyirsə, özünün müstəqil bir fikri yoxdursa, deməli onun troludur.

Qısası, özünü ağıllı sayan, yaşına-başına baxmadan hər kəsə “dərs deyən” N.Cəfərov da Ə.Kərimlini antidemokrat, dözümsüz, yalançı adlandırır, onu bir siyasətçi kimi görmür.

Deməli, təkcə daxildən deyil, xaricdən baxanda da Əli Kərimli və tərəfdaşlarının hərəkətləri iyrənc görünür. Odur ki, Əli Kərimli, etiraf elə, siyasətin, mübarizənin, hakimiyyətin sənlik olmadığını etiraf elə və batdığın bu çamurdan çıx. İnandırıram ki, bu gün rəğbətini qazana bilmədiyin xalqın böyük bir hissəsi bir tək bu addımına görə sənə rəğbət bəsləyəcək və özünü daha sivil, daha rahat bir həyatda, cəmiyyətdə hiss edəcəksən...

Elgün Mənsimov