Kreml Ermənistana məğlub tərəf olduğu üçün heç bir şərt irəli sürə bilməyəcəyini anlatmaq əvəzinə sabotaj oyunlarından istifadə edir Kreml Ermənistana məğlub tərəf olduğu üçün heç bir şərt irəli sürə bilməyəcəyini anlatmaq əvəzinə sabotaj oyunlarından istifadə edir

Düşənbə görüşü tərəfləri sülh müqaviləsinə yaxınlaşdıracaq

Kreml Ermənistana məğlub tərəf olduğu üçün heç bir şərt irəli sürə bilməyəcəyini anlatmaq əvəzinə sabotaj oyunlarından istifadə edir

12 May 2022-ci il tarixində Düşənbə şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Xüsusən Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi və demarkasiya ilə bağlı məsələlər müzakirə olunub. Yekun nəticələrlə bağlı detallı məlumatlar isə hələ verilməyib.
Lakin görüşdən öncə müəyyən nüanslar danışıqların əhəmiyyətini artırır. Görüşdən bir müddət öncə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan tərəfi Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini tələb etdiyini vurğulamışdı. Bundan sonra erməni mətbuatında 5+6 prinsipləri əsasında sülh danışıqlarının başlaması barədə məlumatlar yayıldı. Ardınca görüş öncəsi Xankəndidə növbəti silahlı insident baş tutdu. Bu fakt göstərir ki, 5 prinsipə qarşılıq irəli sürülən təklif yalnız Paşinyan hökuməti tərəfindən düşünülmüyüb. Sülh prosesinin sabotaj olunmasında maraqlı olan qüvvələr var. Çünki, İrəvanda iğtişaşların gücləndiyi vaxtda düşünmürəm ki, Paşinyan təxribatların genişlənməsində maraqlı olsun. Hədəflər içərisində Moskva ən öndədir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşündə demişdi ki, Rusiya Qərbdən fərqli olaraq, Azərbaycan və Ermənistanın tələsik sülh sazişi imzalamasını istəmir. Elə Niderlandda Beynəlxalq Münasibətlər İnstitutunda erməni baş nazirinin Azərbaycana qarşı əsassız iddialar səsləndirməsi, humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamları da həmin qüvvələrin təkanıyla baş tutdu. Halbuki bir neçə gün öncə Paşinyan Bakının münasibətlərin normallaşmasına dair 5 əsas bənddən ibarət təklifini qəbul etdiyini bildirmişdi. Məntiqlə düşünsək, ölkəsinin indiki durumunda, iğtişaşların onun hakimiyyəti üçün təhlükə yaratdığı bir vaxtda, onu maliyyələşdirən qitənin sülh müqaviləsində maraqlı göründüyü periodda Paşinyan sülh danışıqlarına getməyə üstünlük verməli idi. Demək ki, məntiqi ardıcıllığı pozan qüvvələr var.
Təəssüf ki, Kreml Ermənistana məğlub tərəf olduğu üçün heç bir şərt irəli sürə bilməyəcəyini anlatmaq əvəzinə sabotaj oyunlarından istifadə edir. Rusiya çox yaxşı bilir ki, Azərbaycan mövqeyində prinsipialdı. Moskva da regionda varlığını davam etdirmək istəyirsə, Bakının şərtlərini qəbul etməli və etdirməlidir. Üstəlik Qərbin də regionda güclənməsi faktı var. Qərb Rusiyanın regionda əsas vasitəçi kimi iştirakında maraqlı deyil. Düşünmürəm ki, Rusiya kimi dərin dövlətçilik ənənələri olan bir ölkədə bu məqam nəzərə alınmasın. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın dünyada mövcud olduğu yalnız 2 cəbhə var: Ukrayna və Qarabağ. I cəbhədəki varlığı əgər qarşı tərəfə şərtlərini qəbul etdirməkdən keçirsə, II cəbhədə varlığı əksinə qarşı tərəfin şərtlərini qəbul etməkdən keçir.
Ermənistan üçün isə dalan get-gedə darlaşır və siyasi varlığını sual altında qoyur. Hansı qütbə forpostluq etməsindən aslı olmayaraq, İrəvanın sülh gündəliyini qəbul etmədiyi halda BMT Nizamnaməsinin -nin 51-ci maddəsi işə düşəcək. Bu baxımdan istənilən halda sülh prosesi gerçəkləşəcək. Azərbaycan bu məsələdə sabit iradəyə malikdir. Ona görə də, Düşənbə görüşünün tərəfləri sülh müqaviləsinə daha da yaxınlaşdıracağını hesab edirəm.

Züriyə Qarayeva
AzNews.az portalının siyasi şərhçisi