- Yazarlar
- 31 Avqust 13:13
- 8 964
Azərbaycan erməni əsilli sakinləri girovluqdan necə azad edə bilər?

Hər gün keçdikcə aydın şəkildə görünür ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən yaradılan və dəstəklənən, Azərbaycna qarşı hərbi cinayətlər, insanlıq əleyinə cinayətlər törətmiş şəxsərin başçılıq etdiyi hərbi xunta ölkəmizin bu ərazisindı yaşayan erməni sakinləri girov saxlayır. Bu hərbi xunta dinc erməni sakinlərin ərzaqla təchizatına mane olur, nəqliyyat yollarını bloklayıb və mülki əhalini silah gücünə nəzarətdə və izolyasiyada saxlayır. Hərbi xunta dinc əhalini silah gücünə ətraf aləmdən təcrid edib. Qeyd edək ki, girov götürmə aktının özü təbii ki, insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və mahiyyət etibarı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsinə və hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu təmin edən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 6 və 9-cu maddələrinə ziddir. Bütün dörd Cenevrə Konvensiyası hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslərdən girov götürülməsini qadağan edir. Girovların götürülməsinə qarşı Beynəlxalq Konvensiya 1979-cu il dekabrın 17-də imzalanıb. Konvensiya üçüncü şəxsi məcbur etmək məqsədi ilə başqa bir şəxsin (girovun) götürülməsi və ya tutulması kimi müəyyən edilir. Hərbi xunta rəhbərliyi sərəncamında olan qanunsuz silahlı birləşmələrdən istifadə edərək siyasi və biznes maraqları naminə dinc erməniləri təcrid edib və girov saxlayır. Belə bir şəraitdə Azərbaycanın erməni əsilli sakinləri hərbi xuntanın girovluğundan azad etmək öhdəliyi yaranır. Azərbaycan Respublikası bu vəzifəsini diplomatik vasitələr nəticə vermədiyi halda digər bütün məqbul vasitələrlə həyata keçirməlidir.
Zaur İbrahimli