- Yazarlar
- 3 Oktyabr 12:39
- 9 815
Qranada görüşü

Oktyabrın 5-də Avropa Siyasi Birliyinin (ASB) 3-cü iclasının keçiriləcəyi İspaniyanın Qranada şəhərində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü planlaşdırılır. Avropa İttifaqına (Aİ) müddətli sədrlik edən İspaniyanın ev sahibliyi ilə Qranadada keçiriləcək ASB-nin 3-cü iclasının əsas gündəm məsələlərindən birini Azərbaycan və Ermənistan təşkil edəcək.
Əldə edilən məlumata görə, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun iştirakı gözlənilir.
Aİ-nin “Azərbaycan və Ermənistan arasında problemlərin həllində vasitəçi olmaq istəmədiyini, sadəcə olaraq, milli suverenliyi qoruyan və beynəlxalq hüquqa uyğun gələn daimi, ədalətli sülhü təşviq etmək istədiyini” iddia edirdilər. Kosovonu tanımayan İspaniyanın ev sahibliyində ASB iclaslarının keçirildiyi masalarda bayraqlar və ya ölkə adları olmayacaq.
İclasda Kosovonun baş naziri Albin Kurtinin də iştirak edəcəyi gözlənilir.
İspaniya Aİ üzvləri Yunanıstan, Cənubi Kiprin Rum Administrasiyası, Rumıniya və Slovakiya kimi Kosovonu rəsmən tanımasa da, onu iclasına dəvət edib. Bildirilib ki, ola biləcək diplomatik problemin yaşanmaması üçün İspaniya əvvəlki sammitlərdəki təcrübələri təkrarlayaraq və yalnız müvafiq liderin adını yazaraq, yığıncaq masalarına bayraq və ya ölkə adı qoymayacaq.
İspaniyanın Baş naziri Pedro Sançesin Kurti də daxil olmaqla, iclasın girişində bütün liderləri salamlayacaq.Kosovo nümayəndəsinin əlini sıxmaq o ölkəni tanımaq demək deyil, sadəcə olaraq nəzakət məsələsidir.
Görüş liderlərin Əlhambra Sarayına səfəri və şam yeməyi ilə yekunlaşacaq.
Oktyabrın 6-da Aİ-yə üzv olan 27 ölkənin liderlərinin Qranadada keçiriləcək qeyri-rəsmi toplantısında Aİ-nin genişlənmə prosesi, Avropanın strateji muxtariyyəti, Rusiya-Ukrayna müharibəsi, müdafiə və İtaliyanın tələbi ilə nizamsız miqrasiya problemi müzakirə olunacaq.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi