• COP29
  • 17 Fevral 19:45
  •  10 537

Azərbaycan Prezidenti COP29-da iştirak üçün Banqladeşin Baş nazirini ölkəmizə dəvət edib

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.

Aznews.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyev COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət edib.

Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul edib.