• COP29
  • 7 Mart 18:52
  •  11 457

BMT nümayəndəsi: COP29 mükəmməl bir platforma olacaq

COP29 çərçivəsində BMT Nümayəndəliyi Azərbaycana mütəxəssislər dəvət edəcək, onlar iqlim dəyişikliyinə adaptasiya ilə bağlı təkliflərini verəcək.

Aznews.az xəbər verir ki, bunu ADA Universitetində iqlim dəyişikliyi və qadınların rolu mövzusunda keçirilən panel müzakirəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.

"COP29 iqlim dəyişikliyi, problemin ciddiliyi ilə bağlı maarifləndirmə üçün mükəmməl bir platforma olacaq. Gəncləri də iqlim dəyişikliyi ilə mübarizəyə cəlb etmək vacibdir. Biz əl-ələ verərək addımlar atmalıyıq", – BMT nümayəndəsi qeyd edib.