Müsavat Partiyası “Ağ blok”un həmtəsisçisi Tural Abbaslının partiyadan istefa verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib. Müsavat Partiyası “Ağ blok”un həmtəsisçisi Tural Abbaslının partiyadan istefa verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

“Siyasi cəhətdən intihar edib” - Partiyadan gənc müsavatçıya cavab

Müsavat Partiyası “Ağ blok”un həmtəsisçisi Tural Abbaslının partiyadan istefa verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.


Partiyanın başqan müavini, Divan üzvü Səxavət Soltanlı AzNews.az-a açıqlamasında T.Abbaslının siyasi cəhətdən intihar edən şəxslər siyahısında olduğunu deyib: "Siyasi fəaliyyət, partiya, blok ciddi anlayışlardır. Düşünmürəm ki, hər qeyri-ciddi söhbətə, yeni lətifəyə mütləq münasibət bildirmək lazımdır. Siyasi cəhətdən intihar edən şəxslər haqqında isə ümumiyyətlə, danışmaq doğru deyil".

Qeyd edək ki, T.Abbaslı may ayında "Ağ blok"un qurultayının keçiriləcəyi və onun partiyaya çeviriləcəyini bəyan edib. Bundan əlavə o, bildirib ki, qurultay ərəfəsində "Ağ blok"da təmsil olunan müsavatçılar Müsavat Partiyasından istefa verəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az