Gələn həftə Qazaxıstan baş nazirinin birinci müavini Bakıtjan Saqintayev Azərbaycana səfər edəcək. Gələn həftə Qazaxıstan baş nazirinin birinci müavini Bakıtjan Saqintayev Azərbaycana səfər edəcək.

Qazaxıstan baş nazirinin I müavini Azərbaycana gələcək

Gələn həftə Qazaxıstan baş nazirinin birinci müavini Bakıtjan Saqintayev Azərbaycana səfər edəcək.


Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Səfir bildirib ki, onun Azərbaycanın baş naziri və baş nazirin müavini ilə görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı əsasən Qazaxıstanla Azərbaycanın tranzit yük daşıma potensialı müzakirə olunacaq.

Səfər çərçivəsində qonaq həmçinin dəniz limanlarını, eləcə də köhnə Bakı limanını, yeni tikilən Ələt limanını ziyarət edəcək.

APA.az