Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb. Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb.

Zaqatalada partlayış - Polis kapitanı yaralandı

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb.


AzNews.az xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Zaqatala RPŞ-nin Əliabad qəsəbəsində yerləşən polis sahə müvəkkilinin iş otaqğında baş verib. İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapıtanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə sahə müvəkkili çox saylı qəlpə yaraları alıb.


Sahə müvəkilinin otağına əl qumbarası yerləşdirildiyi barədə şaiyələr yayılıb. Sahə müvəkili qapını açan zaman elə əl qumbarasının partladığı bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar.