Türkiyənin cənub-şərqində partlayış baş verib. Türkiyənin cənub-şərqində partlayış baş verib.

Türkiyədə növbəti partlayış - 1 şəhid, 23 yaralı (Yenilənib 2)

Türkiyənin cənub-şərqində partlayış baş verib.


"Haber 7" qəzetinin xəbərinə görə, Qaziantep valiliyinin açıqlamasında bildirilir ki, hadisə nəticəsində bir polis əməkdaşı ölüb, 23 nəfər yaralanıb, onlardan 19-u polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

***
11:53

TRT telekanalının hadisə ilə bağlı yaydığı xəbərdə isə bildirilir ki, partlayış nəticəsində bir polis əməkdaşı şəhid olub, 15-i polis olmaqla 18 nəfər yaralanıb.

***
11:27

Partlayış Qaziantep şəhərində polis bölməsinin önündə baş verib.

Hadisə yerinə təcili tibbi yardım və fövqəladə hallar briqadaları göndərilib.

"Haber 7" qəzetinin yazdığına görə, Qaziantep millət vəkili Mehmet Erdoğanın sözlərinə görə, partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, digər polis əməkdaşı ağır yaralıdır, 10 nəfər mülki şəxs isə ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.


Trend