Ukraynada məhkəmə aqrar siyasət naziri Solskini həbs edib

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi (HACC) ölkənin aqrar siyasət naziri Nikolay Solskini həbsə göndərib.

Bu barədə "Strana.ua" məlumat yayıb.

Qeyd olunur ki, məmur iyunun 24-dək həbs olunub. Bununla belə, onun 75 milyon qrivna (1,8 milyon avro) girov müqabilində azadlığa çıxmaq imkanı var.

İttiham tərəfi nazirin 200 milyon qrivna (4,7 milyon avro) girov müqabilində həbs edilməsini istəyib.

İstintaqın məlumatına görə, Solski 2017-2021-ci illərdə Sumı vilayətində 291 milyon qrivna (6,8 milyon avro) məbləğində dövlət torpağına qanunsuz sahiblik edib, həmçinin daha 190 milyon (4,4 milyon avro) dəyərində torpaq sahəsini ələ keçirməyə cəhd edib.

Nazir özü iddia edir ki, iş onun hələ vəkil olduğu 2017 və 2018-ci illərə aiddir. Qurum rəsmisi istintaqla əməkdaşlığa hazır olduğunu bildirib.

Mövsüm

Aznews.az