Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib. Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib.

32 yaşlı müəllimə 18 yaşlı oğlana qoşulub qaçdı - Bakıda

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib.


Belə ki, məktəbin ibtidai sinif müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi olan 18 yaşlı Cəlil Xəlilov adlı gəncə qoşulub qaçıb. Gənc məktəbi ötən il bitirərək məzun adı qazanıb.

Məktəbin direktoru Mamed Səfərov bildirib ki, şagirdlə müəllim arasında məktəb vaxtı eşq olmayıb: "Ola bilər ki, bu, sonradan yaranıb. Cəlil məktəbi ötən il bitirib. 18 yaşı da tamam olub. Onların nikaha daxil olmasına heç bir əngəl yoxdur. Əminə xanım ibtidai sinif müəlliməsidir. O, blütenə çıxmışdı. Cəlil də onu elə bu zaman qaçırıb".

Direktorun sözlərinə görə, hadisə baş verəndən sonra müəllimə dərsə gəlib."Mən bu məsələ ilə bağlı onunla görüşdüm və mənə bir-birini sevdiklərini, evlənəcəklərini dedi. Nə deyə bilərəm ki?"

M.Səfərov müəllimə ilə gəncin toyunun ötən gün Bakıdakı şadlıq saraylarından birində baş tutduğunu bildirib. Lakin tədris müəssissəsinin rəhbəri toyda iştirak etmədiyini deyib. "Müəllimə də toya görə əmək məcəlləsinə uyğun olaraq 5 günlük məzuniyyət götürüb. Ayın 30-u yenidən dərsə qayıdacaq. Bu məsələ onların şəxsi işi olduğu və hər ikisinin nigaha girmək üçün yaşı uyğun olduğundan burada heç bir qanunsuzluq yoxdur".



"Kanal Baku"ya istinadla verilən məlumata görə, müəllimə imkanlı ailənin övladıdır. Əminə müəllimənin anası qətiyyən bu nikaha "yox" deyir. Nə qardaşı var, nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.

Anspress.com