Azərbaycan kubokun qalibi bəlli olub. Azərbaycan kubokun qalibi bəlli olub.

Azərbaycan kubokunun finalında ara qarışdı

Azərbaycan kubokun qalibi bəlli olub.

"Qarabağ" - "Neftçi" matçının 120-ci dəqiqəsində Migal Maderanın vurduğu qol ağdamlılar kuboku qazandırıb.

Qoldan sonra meydanda gərgin mübarizə başlayıb. Əvvəlcə "Neftçi"dən Erik Ramos kobud oyuna görə matçın baş hakimi Fariz Yusifov tərəfindən qırmızı vərəqə alaraq, meydandan qovulub. Ardınca isə "Qarabağ" futbolçusu Reynaldo rəqibinə təpik vurduğu üçün birbaşa qırmızı vərəqəyə layiq görülüb.

Braziliyalının bu hərəkəti rəqib futbolçuları özündən çıxarıb. Nəticədə meydan hər iki komandanın üzvləri ciddi mübahisə edib.

Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub, 3 dəfə isə (1993, 2015, 2016-cı illər) "qızıl dubl" edib. Ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. "Qarabağ" 3:1 hesabı ilə qalib gələrək "qızıl dubl" etmişdi.

"Qarabağ" – "Neftçi" - 1:0
Qol: Migel Madera, 119 (1:0)
Qırmızı vərəqələr: Erik Ramos, 120+1 ("Neftçi"), Reynaldo, 120+3 ("Qarabağ")
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu


Anspress.com