90 saylı seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin seçki kampaniyasının 3-cü günü uğurla başa çatıb. 90 saylı seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin seçki kampaniyasının 3-cü günü uğurla başa çatıb.

İqbal Ağazadənin təbliğat kampaniyasının üçüncü günü - Fotolar

90 saylı seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadənin seçki kampaniyasının 3-cü günü uğurla başa çatıb.


İ.Ağazasənin Seçki Qərargahından AzNews.az-a verilən məlumata görə,
qərargahı üzvləri qapı-qapı gəzərək kampaniyanı davam etdirib: "Ağdaş rayonunun Nemətabad, Yuxarı Nemətabad, Hacılı, Yeni kənd sakinləri ilə görüşən qərargah üzvlərimiz seçicilər tərəfindən çox qonaqpərvərlik və isti qarşılanıblar. Rayonun digər ərazilərində apardığımız təbliğatın əks-sədası biz bu kəndlərə gələnə qədər artıq hiss olunurdu. Seçicilər həm İ. Ağazadəni yaxşı tanıdıqlarını deyir, həm də parlament fəaliyyətindən ağızdolusu danışırdılar. Digər namizədin "Ağdaşdan ağdaşlı seçilsin" şüarına elə özləri cavab verirdilər. Kənd sakinləri İ.Ağazadənin əvvəlki illərdə parlament çıxışlarını çox yaxşı izləmişdilər. Onlar qeyd edirdilər ki, İ.Ağazadə Parlamentdə xalqın sözünü deyib, elimizi bölgələrə ayırmayıb. Regiondan və seçki dairəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını narahat edən məsələləri parlament kürsüsündən səsləndirib, onların həllinə çalışıb. Ona görə də problemlərimizi ondan yaxşı gündəmə gətirəcək namizəd olmayacağı üçün səsimizi İqbal Ağazadəyə verəcəyik. Qoy illərdir yığışıb qalan problemlərimiz- bərbad yollarımız, qazsızlıq, çirkli su,işsizlik kimi bizi illərlə narahat edib məsələlər parlamentdə səslənsin".

Məlumata görə, seçicilər digər namizəd olan Cavid Osmanovla bağlı da öz fikirlərini səsləndiriblər: "Cavid Osmanov problemləri həll edən idisə, elə icra hakimiyyətinin I müavini kimi uzun illərdir bu problemlərin həllinə cavabdeh idi. Niyə həll etmədi?? Deputat seçiləndən sonra heç üzünü görməyəcəyik. Ucuz təbliğat vasitələrindən istifadə seçiciləri daha da hiddətləndirib.

Yeri gəlmişkən qeyd edək ki, Cavid Osmanovun və Yerli icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun təşkil etdiyi təxribatçı qruplar da öz əməllərindən qalmırdı. Hər kənddə bir-neçə öyrədilmiş şəxs təxribat törətməyə çalışırdı. Belə ki, onlar kənddə təbliğat aparılarkən hay-küy salır təşviqat qrupundan kəndi tərk etməyi tələb edirdilər. Müxtəlif avtomobillərlə təşviqat qrupumuz izlənirdi. Təşviqat lövhəsinə vurulan təbliğat materiallarımız cırılırdı. Lakin təxribatların qarşısı da elə seçicilərin özləri tərəfindən alınır, bunu törədənlər ciddi qınağa tuş gəlirdi. Seçicilər qrupumuzdan təbliğat materialı istəyir, təxribatçıların cırdığı materialların yerinə vuracaqlarını bildirirdilər".

Qeyd edək ki, İqbal Ağazadənin imzatoplama kampaniyasında Ağdaş Rayon İcra Hakimiyyətinin birinci müavini, YAP-ın Ağdaş şöbəsinin sədri, 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınmış Cavid Osmanovun qanunsuz təşkil etydiyi dəstələr kampaniyaya qanunsuz müdaxilə etmişdi. İmza toplayanlar və səlahiyyətli nümayəndlər təhdid , təzyiq və təqibə məruz qalmışdılar. Mayın 10-dan etibarən isə İqbal Ağazadəyə imza vermiş şəxslərə qarşı təzyiq və təqiblər başlamışdı. Məsələ dəfələrlə mətbuatda işıqlandırılıb, bəyanatlar verilib, MSK-ya, Baş prokurorluğa və DİN-ə müraciət olunub.