"Atletiko"nun fransalı hücümçüsu Antonie Qriezmann 47-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. "Atletiko"nun fransalı hücümçüsu Antonie Qriezmann 47-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Çempionlar Liqasında final gecəsi - “Real” qələbə qazanır

"Atletiko"nun fransalı hücümçüsu Antonie Qriezmann 47-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.


Onun vurduğu top qapı dirəyinə tuş gəlib. Bununla "Atletiko" bərabərlik şansını əldən buraxıb.

***
23:28

Bu gün Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulur.

Qitənin ən nüfuzlu klub turnirinin qalibi bəlli olur.

Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası - "Real" və "Atletiko" üz-üzə gəlir.

"San-Siro"da keçirilən Madird derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayıb.İspaniya La Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilir. Sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan "Real" finalda məhz "Atletiko"ya qalib gəlmişdi. Buna görə də Dieqo Simeonenin komandasının həm də revanş oyununa çıxacağını demək olar.

28 may

Çempionlar Liqası, final

"Real" (Madrid, İspaniya) – "Atletiko" (Madrid, İspaniya) - 1:0 (Birinci hissə)

Qol: Serxio Ramos, 15 (1:0)

Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. "San Siro" stadionu


Anspress.com