Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avtomobil 27 yaşlı velosipedçini vurub öldürdü - Göyçayda

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.


Hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay rayonunun Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.

Rayonun Ləkçiplaq kənd sakini 1959-cu il təvəllüdlü Hümbət Qədirov 10-FS 469 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən havanın qaranlıq vaxtı yolun kənarı ilə velosipedlə hərəkət edən həmkəndlisi, 1989-cu il təvəllüdlü İbrahimov Qurban Telman oğlunu vurub. Qurban İbrahimov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Apa.az