Dünya Bankı (DB) 2016-cı il üçün xam neftin qiyməti ilə bağlı proqnozunu 2 dollar artırıb. Dünya Bankı (DB) 2016-cı il üçün xam neftin qiyməti ilə bağlı proqnozunu 2 dollar artırıb.

Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozuna yenidən baxıb

Dünya Bankı (DB) 2016-cı il üçün xam neftin qiyməti ilə bağlı proqnozunu 2 dollar artırıb.


DB neftin qiyməti ilə bağlı proqnozunu 41 dollar/bareldən 43 dollar/barelə qədər yüksəldib.

Bankın hesabatına görə, bu ilin ikinci rübündə neft qiymətlərində 37%-lik sıçrayış qeydə alınıb.

"Biz 2016-cı ilin ikinci yarısında neft qiymətlərinin bir qədər yüksək olacağını gözləyirik", - deyə Bankın iqtisadçısı Con Baffes (John Baffes) deyib.

DB həmçinin gələn il metalların qiymətinin 10% düşəcəyini proqnozlaşdırır: "Apreldə isə bu azalma kəskin şəkildə (8,2%) müşahidə ediləcək. Bu il enerji daşıyıcılarının qiyməti 16,4% ucuzlaşıb, apreldə isə azalma 19,3% olub".


Report.az