Prezident Ərdoğan Qazaxıstanın baş nazirini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Baş naziri Oljas Bektenovu Prezident Kompleksində qəbul edib.

Görüşdə Türkiyə ilə Qazaxıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər, İsrailin Qəzzaya hücumları və bölgədəki son vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan İsrail rəhbərliyinin öz siyasi gələcəkləri naminə münaqişələri bütün bölgəyə yaymaq üçün çalışdığını, prioritetin dərhal və daimi atəşkəsin təmin edilməsi olduğunu və Türk Dövlətləri Təşkilatının daha geniş şəkildə əməkdaşlıq edə biləcəyini bildirib.

Prezident Ərdoğan Qazaxıstanla müdafiə sənayesi, terrorla mübarizə, iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Mövsüm

Aznews.az