- Köhnə - Hadisə
- 29 Avqust 2016 10:17
- 2 700
42 yaşlı kişi intihar etdi - İsmayıllıda
İsmayıllı rayonunda ruhi xəstə intihar edib.
Rayonun İstusu kənd sakini, 1974-cü il təvəllüdlü Zülfüqarov İlqar Ziyad oğlu yaşadığı evin həyətyanı sahəsində özünü asıb. İlkin araşdırmalar zamanı onun uzun müddət ruhi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
APA.az