- Köhnə - Mədəniyyət
- 31 Avqust 2016 10:37
- 7 056
Oqtay Zülfüqarov vəfat etdi
Xalq artsiti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.
Bu barədə AzNews.az-a mərhumun ailəsindən məlumat verilib. Ailə üzvlərinin sözlərinə görə, bəstəkar uzun zamandır ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumla vida mərasimi bu gün saat 13:00-da Təzə Pir Məscidində keçiriləcək. O. Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 3 övladı var.
Bahar RÜSTƏMLİ
AzNews.az