Azərbaycanın yüksək dağlıq ərazilərinə sulu qar yağıb. Azərbaycanın yüksək dağlıq ərazilərinə sulu qar yağıb.

Azərbaycana sulu qar yağdı

Azərbaycanın yüksək dağlıq ərazilərinə sulu qar yağıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 24-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə sulu qar yağıb, Tərtərdə dolu düşüb. Şimal-qərb küləyi əsib, arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-3, Böyük Qafqazda 5-64, Mərkəzi Aran rayonlarında 3-35, Lənkəran-Astara zonasında 8-37, Kiçik Qafqazda 12-23, Qazax-Gəncə zonasında 1-14, Naxçıvan MR-da 1-5 mm təşkil edib.