Sentyabrın 25-də Bakıda kikboks üzrə mötəbər peşəkar yarış keçirlib. Yarışda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, Türkiyə, Almaniya, Hollandiya, İran, İtaliya və Rusiya komandaları da iştirak edib. Sentyabrın 25-də Bakıda kikboks üzrə mötəbər peşəkar yarış keçirlib. Yarışda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, Türkiyə, Almaniya, Hollandiya, İran, İtaliya və Rusiya komandaları da iştirak edib.

İdmançılarımız Azərbaycanda başqa himni səsləndirməyə imkan vermədilər

Sentyabrın 25-də Bakıda kikboks üzrə mötəbər peşəkar yarış keçirlib. Yarışda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, Türkiyə, Almaniya, Hollandiya, İran, İtaliya və Rusiya komandaları da iştirak edib.


Gürcüstan idmançısı Georgiya Gemadzeni məğlub edən dünya çempionumuz Fuad Zeynalov qələbə təəssüratlarını AzNews.az-la bölüşüb: "Rəqibim cavan olsa da, güclü idmançı idi. Zərbələri dəqiq və ağır idi, ona görə də çalışdım ki, döyüşü tez başa vurum.

Hazırlaşmağıma gəldikdə isə… Yarışa məşqçi Hakim Hacıyevin rəhbərliyi altında Dinamo İdman Cəmiyyətində hazırlaşmışdım. Bu yarışda qalib gəlməyim mənim döyüşçü olduğumu sübut etdi. Rəqibimin ayaq və diz zərbələri hədsiz güclü idi, qabırğamı elə ilk raundun əvvəlində əzdi. Amma axıra kimi dözdüm və döyüşü qələbə ilə başa vurdum. Söz vermişdim ki, bu döyüşü ikinci raundun ortalarında bitirəcəyəm, elə də oldu".

F.Zeynalov həmçinin oktyabrın 25-30-da İtaliyada keçiriləcək dünya çempionatına hazırlaşdığını deyib.

Digər qalibimiz 22 qat dünya çempionu Eduard Məmmədov da döyüşlə bağlı fikirlərini bildirib: "Mən döyüşərkən texnika və taktikanı elə seçmişdim ki, rəqibim yorulsun və mən qalib gəlim. Nəticə də göz qabağındadır. Məqsədim kəmərin Azərbaycanda qalması idi, elə də oldu".

Aygün İlqarqızı
AzNews.az