Bu gün səhər tezdən təxminən 7:15-də bir-birindən təxminən 300 metr məsafədə 2 yol-nəqliyyat hadisəsi gördüm. Bu gün səhər tezdən təxminən 7:15-də bir-birindən təxminən 300 metr məsafədə 2 yol-nəqliyyat hadisəsi gördüm.

Tanınmış ekspert bəzi sürücüləri meymuna və itə bənzətdi

Bu gün səhər tezdən təxminən 7:15-də bir-birindən təxminən 300 metr məsafədə 2 yol-nəqliyyat hadisəsi gördüm.


Bunu yol-nəqliyyat məsələləsi üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib.

Ə.Hüseynovun fikrincə, hadisələrin baş verməsində məhz sürücülər günahkar olublar:
"Əminəm ki, hər ikisinin səbəbkarı yol şəraitini nəzərə almadan meymunluq edən sürücülər idi. Bəziləri səhər tezdən yola elə çıxır ki, elə bil 1 ay zəncirdə qalan köpəyi yenicə açıb buraxıblar. Belə təfəkkürdən uzaq sürücüləri yollardan təmizləmədən hər hansı təhlükəsizlik mümkün deyil. Çünki yol şəraiti nə qədər mürəkkəb, çətin, hətta bərbad olsa da, yolda ən ciddi təhlükə yenə də intizamsız hərəkət iştirakçısıdır".

Milli.az