“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb. “Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.

Azərbaycanda daha bir məşhur radio bağlandı - Yenilənib

“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.


Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.

Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: "Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur".


Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.

APA.az


***
14:00


Bu gün səhərdən etibarən "Space 104 FM" radiosunun yayımı dayandırılıb.

Bu barədə Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.

Məlumata görə, "Space 104 FM" radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:

"Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib".

Ölkə.az