Son günlər yağan güclü yağışlar Quba-Qonaqkənd yolunda uçqun təhlükəsi yaradıb. Son günlər yağan güclü yağışlar Quba-Qonaqkənd yolunda uçqun təhlükəsi yaradıb.

Yol uçdu: Su evlərin hasarlarına çatıb - Əhali təhlükədə + Fotolar

Son günlər yağan güclü yağışlar Quba-Qonaqkənd yolunda uçqun təhlükəsi yaradıb.


Bu barədə AzNews.az-a Qonaqkənd qəsəbəsinin sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, dağlardan axıb gələn sel suları qəsəbə üçün təhlükə yaradır: "Qonaqkənd Vəlvələ çayının içində - vadisində yerləşir. Bu səbəbdən yaşayış məntəqəsində təhlükə daha da artıb. Bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun yaxınlığından keçən çayın üzərindəki Vəlvələ körpüsünün beton dirəklərini belə sel yuyub aparıb".



Sakinlər qeyd edib yağan güclü yağışlar və əriyən qarın nəticəsində çayın səviyyəsi xeyli qalxıb: "Su evlərin hasarlarına çatıb və hətta həyatyanı səhələrə dolub. Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Əhali səksəkə içindədir. Hər an faicə baş verə bilər, camaat su içində qala bilər".



Kənd sakinləri dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də heç bir tədbir görülmür: "Yerli bələdiyyəyə də, Quba icra hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Gəlib baxıblar, amma deyirlər onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Bizim isə istəyimiz odur ki, ya bizim burada rahat yaşamağımız üçün çayın qabağına qoruyucu bənd çəksinlər, ya da bizi buradan köçürsünlər".




Bahar RÜSTƏMLİ
AzNews.az