Bu gün Musiqili Teatrın aktrisası, Əməkdar artist Gülnar Salmanovanın anım günüdür. Bu gün Musiqili Teatrın aktrisası, Əməkdar artist Gülnar Salmanovanın anım günüdür.

“Vəsiyyət edə bilmədi”- Aktrisanın gəlinindən açıqlama

Bu gün Musiqili Teatrın aktrisası, Əməkdar artist Gülnar Salmanovanın anım günüdür.


Mərhumun gəlini Aygün Salmanova AzNews.az-a açıqlamasında bildirib ki, bu gün ailədə Gülnar Salmanova yad ediləcək: "Gülnar Salmanovanın elə böyük qohum-əqrabası yoxdur. Səhər-səhər qəbri ziyarət olunub. Axşam da qohumlar, dostlar olacaq".

A.Salmanova aktrisanın çox pis vəziyyətdə dünyasını dəyişməsini bildirib: "İlk günlər vəziyyəti yaxşı idi, danışırdı, tez-tez xəstəxanadan evə zəng edib nəvəsi ilə maraqlanırdı. Adını nəvəsinə qoymuşdu, hər gün Gülnarı soruşurdu. Amma son günlərdə vəziyyəti pisləşdi, ağzına şlank qoymuşdular. Bu üzdən heç danışa bilmədi. Vəsiyyət edə bilmədi".

Qeyd edək ki, Əməkdar artist Gülnar Salmanova 2015-ci il oktyabrın 24-də dünyasını dəyişib. Aktrisa böyrək çatışmamazlığından əziyyət çəkirdi.

Bahar RÜSTƏMLİ
AzNews.az