Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan "Azəravtoyol" ASC-nin əməkdaşı Müşfiq Qurbanov və həyat yoldaşının vəziyyəti ağır olaraq qalır. Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan "Azəravtoyol" ASC-nin əməkdaşı Müşfiq Qurbanov və həyat yoldaşının vəziyyəti ağır olaraq qalır.

“Azəravtoyol”un əməkdaşından xəbər var - Türk həkim danışdı

Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alan "Azəravtoyol" ASC-nin əməkdaşı Müşfiq Qurbanov və həyat yoldaşının vəziyyəti ağır olaraq qalır.


Bu barədə AzNews.az-a Ankara Nümunə Xəstəxanasından məlumat verilib. Məlumata görə, hazırda M.Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova reanimasiyadadır: "Xəstələrlə bağlı telefonla əlavə məlumat verməyə icazə verilmir. Şəbruz xanımın anası da onunla gəlib. Əlavə məlumatı ondan ala bilərsiniz".

M.Qurbanovun yaxınları ailənin böyük qızı Leylanın vəziyyətinin yaxşı olduğunu və palataya köçürüldüyünü bildirib.

Xatırladaq ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində patlayış baş verib. Partlayış nəticəsində "Azəravtoyol" ASC-nin əməkdaşı M.Qurbanov, onun həyat yoldaşı yoldaşı Ş.Novruzova və 12 yaşlı qızı L. Qurbanova ağır dərəcəli yanıq xəsarətləri alıblar. Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az