Bu gün Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərlinin doğum günüdür. Bu gün Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərlinin doğum günüdür.

Sənubər İsgəndərlinin ad günündə özəl hədiyyəsi...

Bu gün Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Sənubər İsgəndərlinin doğum günüdür.


56 yaşını qeyd edən aktrisa AzNews.az-a açıqlamasında ümumiyyətlə, hay-küylü ad günü mərasimlərini xoşlamadığını bildirib: "Ad günümlə bağlı özəl heç nə düşünməmişəm. Evdə, ailəmlə birlikdə olacam. Başqa bir fikrimdə yoxdur. Neçə illərdir ki, ad günümü sakit keçirirəm".

Aktrisa ad günündə onun üçün ən böyük hədiyyənin nə olduğunu dilə gətirib: "Mənim üçün hər bir diqqət böyük sevincdir. Özəl heç nə gözləmirəm. Mənim üçün özəl hədiyyə ancaq teatrımın səsinin və sorağının uzaqlardan gəlməsidir. İstər Sənubər o tamaşada olsun, istərsə də olmasın, yetər ki, Azərbaycan teatrının səsi gəlsin".

Bahar RÜSTƏMLİ
AzNews.az