Fransa Liqasının 16-cı turunda keçirilən “Metz” – “Lion” oyunu yarımçıq dayandırılıb. Fransa Liqasının 16-cı turunda keçirilən “Metz” – “Lion” oyunu yarımçıq dayandırılıb.

Azarkeş fişəng atdı,qapıçı yaralandı-Video

Fransa Liqasının 16-cı turunda keçirilən “Metz” – “Lion” oyunu yarımçıq dayandırılıb.


Qol.az-ın məlumatına görə, buna səbəb azarkeşlərin meydançaya yad əşyalar atması olub.

Görüşün 30-cu dəqiqəsində qonaqların zədələnən qapıçısı Antoni Lopezə tibbi yardım göstərilərkən yerli azarkeşlər həkimlər və qapıçıya tərəf partlayıcı maddə atıb.

Həkimlərdən biri və qapıçı xəsarət alıb. Buna görə də hakim oyunu yarımçıq dayandırıb.

Qeyd edək ki, təxirə salınan oyunda meydan sahibləri 1:0 hesabı ilə öndə olub.

AzNews.az