Güclü qasırğa- 30 min insan sığınacaqlarla təmin edildi

Meksikada güclü qasırğa olub.

ANS PRESS-in məlumatına görə, güclü qasırğa səbəbindən minlərlə insan Meksikanın Los Kabos kurort şəhərinin mehmanxanalarına sığınıb.

Küləyin sürəti saatda 205 km yüksəlib. Qasırğa 30 sm-lik yağışla müşayiət edilib. Şiddətli külək elektrik enerjisinin kəsilməsinə səbəb olub, işıq dirəkləri və ağacları kökündən qoparıb.

Sinoptiklər hava şəraitinin həyati təhlükəyə malik olan daşqınlar və torpaq sürüşmələrinə yol açacağını proqnozlaşdırır.

30 min insan sığınaqlarla təmin edilib.

AzNews.az